Madonna ərə gedir

Madonna ərə gedir
  14 Sentyabr 2013    Oxunub:1271
55 yaşlı müğənni 25 yaşlı rəqqas Brahim Zaibata ərə getməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Amerikanın In Touch jurnalı yazı dərc edib. İnformasiyaya görə, Madonna Nyu-Yorkda olarkən Brahimi nişanlısı kimi təqdim edib. Müğənni bu açıqlamanı uşaqlarının və qonaqların gözləri qarşısında edib.

Madonna ilə Zaibatın münasibətləri artıq üçüncü ildir davam edir. Göründüyü kimi, yaş fərqi cütlüyə mane olmur. Brahim hətta anasından 8 yaş böyük olan Madonnanı onunla tanış edib. Qeyd edək ki, Madonna iki dəfə ərdə olub.

AzVision.az


Teqlər:





Xəbər lenti