Misir ordusu artıq evlərə hücum edir

Misir ordusu artıq evlərə hücum edir
  14 Sentyabr 2013    Oxunub:1152
Misir ordusu Sina Yarımadasında yaşayış evlərinə basqın edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,
Misir ordusuna aid 3 vertolyot, Qəzza sərhədində olan Şeyx Zuveyd şəhərindəki Tevme və Əbul Lufeyte kəndlərində bəzi hədəflərə hava hücumu təşkil edib.

Hədəf alınan bölgələrdə sıx dumanlar olduğundan hücumlarda ölən ya da yaralanan olub olmaması ilə bağlı məlumat əldə olunmayıb.

Həmçinin, Misir əsgərlərinin bəzi evlərə basqınlar etdiyi qeyd edilib.

Misir ordusundan mövzuyla bağlı açıqlama verilməyib.




Teqlər:





Xəbər lenti