Ruslar miqrantlara düşməndir

Ruslar miqrantlara düşməndir
  17 Sentyabr 2013    Oxunub:1086
Superjob.ru portalı rusların miqrantlara münasibəti barədə sorğu keçirib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sorğuya əsasən son altı il ərzində Rusiyaya işləmək məqsədilə gələn miqrantları xoş qarşılayan rusların sayı azalaraq 6 % olub. Onlar hesab edirlər ki, miqrantların gəlişi ölkəyə yeni mədəniyyət və ideyalar axını gətirir.

Hazırda rusiyalıların yarıdan çoxu hesab edir ki, immiqrantlar cinayətkarlıq və korrupsiyanın səviyyəsini artırırlar. 2007-ci ildə bu fikrə respondentlərin üçdə biri tərəfdar idi. Onlar immiqrantları əmək bazarında rəqabət yaratmaqda ittiham edirlər.

Superjob.ru ekspertlərinin məlumatına görə, əgər əvvəl hər onuncu rusiyalı immiqrantların ölkədə demoqrafik problemləri həll edəcəyinə ümid edirdisə, indi 1800 respondentdən yalnız 4 %-i belə düşünür. Bundan başqa, əgər əvvəlki illərdə respondentlərin yarısı immiqrantların aşağı nüfuzlu və maaşlı işlərdə çatışmazlığı dolduracağına ümid edirdisə, indi yalnız 28 % belə hesab edir.

Sorğunun nəticələrinə əsasən, rusiyalıların üçdə biri hesab edir ki, ilk növbədə, rus və rusdilli yerliləri işə götürmək və digər ölkə vətəndaşlarının ölkəyə axınını məhdudlaşdırmaq lazımdır. Eyni miqdarda respondent, qonşu ölkələrdən yalnız gənc və təhsilli vətəndaşların Rusiyaya gəlişini dəstəkləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti