İmran bu gün əməliyyat olunacaq

İmran bu gün əməliyyat olunacaq
  18 Sentyabr 2013    Oxunub:1056
Körpənin xalası: "Bu gün ediləcək əməliyyatdan çox narahatıq"
Hadisə “İmran bu gün də əməliyyata gedəcək. Uşağın üstündə o qədər əməliyyat aparılıb ki əməliyyatların sayını da yadda saxlamaq olmur. Əməliyyatla bağlı bizə heç bir məlumat verilmir". Bunu Nabranda bədbəxt hadisə nəticəsində ayağını itirən İmran Cəfərzadənin xalası Əzizə xanım AzVision.az-a bildirib.

Onun sözlərinə görə, İmran rahat şəkildə danışır və hətta qohumları ilə telefonla da əlaqə saxlayır.

Qeyd edək ki,Azərbaycanın Almaniyadakı səfirliyi İmran Cəfərzadənin vəziyyəti ilə bağlı yalnız rəsmi formada məlumat verir.

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Xatırladaq ki, İmran Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.



Teqlər:  





Xəbər lenti