Facebook 11 milyon istifadəçisini itirdi

Facebook 11 milyon istifadəçisini itirdi
  18 Sentyabr 2013    Oxunub:1153
ABŞ və Böyük Britaniyada Facebook istifadəçiləri hesablarını silib.
AzVision.az xəbər verir ki, ABŞ-da təxminən doqquz milyon, Böyük Britaniyada iki milyon Facebook istifadəçisi sosial şəbəkədən imtina edərək öz səhifələrini siliblər.

Cyberpsychology, Behaviour and Social Networking jurnalının ekspertləri bildiriblər ki, Facebookdan kütləvi imtina ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snoudenlə bağlıdır. Həmin məsələ ilə bağlı Vyana universiteti tədqiqat aparıb. Məlum olub ki, respondentlərin yarıdan çoxu - 40 %-i onların şəxsi həyatlarına müdaxilədən ehtiyat etdikləri üçün sosial şəbəkədən imtina ediblər. 13,5 % xidmət xoşuna gəlmədiyi üçün hesablarını silib.

AzVision.az


Teqlər:  





Xəbər lenti