Suriya üsyançılarının dini mənsubiyyəti

 Suriya üsyançılarının dini mənsubiyyəti
  18 Sentyabr 2013    Oxunub:1175
Onların əksəriyyəti Əl-Qaidə ilə əlaqəlidir.
Suriyada Bəşər Əsəd rejimi əleyhinə mübarizə aparan döyüşçülərin təxmini sayı 100 minə bərabərdir. Onların demək olar ki yarısı radikal islamçılardır. The Telegraph qəzeti “IHS Jane`s” araşdırma mərkəzinə istinadən belə bir fakt açıqlayıb.

Məlumata görə, təxminən 10 min nəfər cihadçı qruplaşmaların üzvləridir. Bu qruplaşmalardan ən fəalı “Əl Nüsrə Cəbhəsidir”. Qruplaşmaların əksəriyyəti Əl-Qaidə ilə əlaqəlidir. 30-35 min üsyançı isə beynəlxalq səviyyədə deyil, Suriya daxilində fəaliyyət göstərən qatı islamçılardır. Bunula yanaşı başqa ölkələrdən gələn muzdlu döyüşçülərin də olduğu bildirilir.

Daha 30 min üsyançının isə islamçılığı qismən dəstəkləyənlərdir. Yalnız kiçik bir dəstə(25-30 min nəfər) dünyəvi müxalifətçilərdən ibarətdir.

S. Həsənova


Teqlər:  





Xəbər lenti