Obama: "İrana hücum qaçılmaz ola bilər"

Obama: "İrana hücum qaçılmaz ola bilər"
  19 Sentyabr 2013    Oxunub:1120
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İranlı həmkarı Həsən Ruhaniya məktub göndərib.
Ağ ev rəhbəri qeyd edib ki, Tehran nüvə proqramının atom bombası əldə etmək üçün deyil, dinc məqsədli olduğunu sübut etməlidir. Sözügedən məsələnin tez bir zamanda həll edilməsinin vacib olduğunu vurğulayan Obama, danışıqların sonsuza qədər davam etməyəcəyi ilə bağlı xəbərdarlıq da edib.

Məktubda o da qeyd olunub ki, əgər Tehran nüvə proqramı məsələsi ilə bağlı anlaşılmazlığı həll etmək istəsə, Birləşmiş Ştatlar bu yolda İrana dəstək verməyə hazırdır.

S.Həsənova


Teqlər:





Xəbər lenti