ABŞ-dan Ermənistana 43 milyon dollar

ABŞ-dan Ermənistana 43 milyon dollar
  20 Sentyabr 2013    Oxunub:1111
Birləşmiş Ştatlar Ermənistana 43 milyon dollar həcmində maliyyə yardımı ayırıb.
Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana 43 milyon dollar maliyyə yardımı ayırıb. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu bardə Ermənistanın baş naziri Tiqran Sərkisyan, hökumətin bugünki toplantısı çərşivəsində məlumat verib.

“Dünən ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşdüm . Yeni razılaşma ilə bağlı bütün məsələləri müzakirə etdik. Biz 43 milyon dollar alacağıq. Elə etməliyik ki, ayın sonuna qədər razılaşma imzalamaq üçün hazır olaq”-deyə Tiqran Sərkisyan bildirib.

Bununla yanaşı, Ermənistan hökumətinin bugünki toplantısında digər bir yeni razılaşma imzalanıb. Razılaşmaya əsasən 2017-ci il sentyabrın sonunadək USAİD, Ermənistan hökumətinə 10.4 milyon dollar ayıracaq.

Sərkisyan həmçinin qeyd edib ki, ABŞ hökuməti Ermənistana kənd təsərrüfatı sahəsinin inkişafı üçün 1 milyon dollar ayırıb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti