Nigeriyada ağdərili müsəlman görüb ağladılar- VİDEO

Nigeriyada ağdərili müsəlman görüb ağladılar- VİDEO
  23 Sentyabr 2013    Oxunub:1326
Qiraətin sonunda türkiyəli Məhəmməd Barış Südçü “Sadəqallahul Azim” deyərək onlara cavab verir.
Dünyanın ikinci ən fəqir ölkəsi olan Nigeriyada qəribə bir hadisə baş verib. Ölkənin qəsəbələrindən birində motosikleti ilə gedən türkiyəli Məhəmməd Barış Südçü Quran oxunduğunu eşidərək dayanır. Daha əvvəl ağdərili müsəlman görməyən yerlilər xristian hesab edərək ona etinadsızlıq göstərirlər.

Quran qiraət edən şəxs isə, “Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” /Bəqərə-120/ ayəsini oxuyur.

Həmin şəxs qiraətə davam edərək, “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” /Maidə-51/ ayəsini oxuyur.

Qiraətin sonunda isə türkiyəli Məhəmməd Barış Südçü “Sadəqallahul Azim” (Uca Allah doğru buyurur) – deyərək onlara cavab verir.

Daha əvvəl ağdərili müsəlman görməyən, Südçünü isə xristian turist hesab edən yerlilər ağlayaraq onu qucaqlayırlar.

Sonda isə türkiyəli qonaq ev sahibləri ilə birlikdə “Fatihə” surəsini oxuyurlar. (anspress)




Teqlər:  





Xəbər lenti