Çinin Facebook və Twitterlə bağlı qərarı

Çinin Facebook və Twitterlə bağlı qərarı
  24 Sentyabr 2013    Oxunub:1137
Çin hökuməti Facebook və Twitterə qoyulan qadağanı ləğv edib.
AzVision.az South China Morning Post-a istinadən xəbər verir ki, Çin hökuməti siyasi xarakterinə görə qadağan olunan bir sıra xarici saytlara qoyulan qadağanı götürüb. İnternetə giriş yalnız Şanxayda azad ticarət zonası çərçivəsində həyata keçiriləcək. Pekinin bu qərarı Facebook və Twitter sosial şəbəkələrinə, həmçinin The New York Times qəzetinin saytına aid edilir.

Yerli China Mobile, China Unicom və China Telecom şirkətləri bildiriblər ki, internetin aktiv edilməsi xarici telekommunikasiya şirkətlərinə Şanxayda azad ticarət zonası çərçivəsində onlarla rəqabət aparmağa kömək edəcək.

Xatırladaq ki, Facebook və Twitter sosial şəbəkələri 2009-cu ildən Çində qadağan olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti