Ermənistanın ikibaşlı siyasəti

Ermənistanın  ikibaşlı siyasəti
  24 Sentyabr 2013    Oxunub:1211
Ermənistan özünü Gömrük İttifaqının tam hüquqlu üzvü kimi aparır.

Məlumdur ki, Rusiyanın Gömrük İttifaqına qoşulmaq üçün çoxsaylı texniki proseslərdən keçmək, müvafiq sənədləri qaydasına salmaq lazımdır. Lakin Ermənistan sözün “siyasi” mənasında artıq özünü qurumun tam hüquqlu üzvü kimi aparır. Atalar sözünə istinadla desək, “Sarkisyan arxı keçməmiş hop deyir”. Elə erməni mətbuatının özü belə yazır.

Dünən Soçidə Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyasında Sarkisyanın davranışları Ermənistanın vaxtından tez “arxayınlaşdığını” deməyə əsas verir. Belə ki, hələ KTMT-nin tədbiri başlamazdan qabaq Ermənistan prezidenti öz belarus həmkarı Aleksandr Lukaşenko ilə görüş keçirdi. Görüşdə o, Avropaya inteqrasiya prosesini davam etdirmək niyyətində olduğunu bildirdi. Daha sonra isə Sarqsyan, KTMT-yə üzv dövlətlərin dövlət başçıları ilə görüşdə Ermənistanın Şanxay Əməkdaşlıq təşkilatında müşahidəçi statusu qazanmaq niyyətini açıqladı və üzv dövlətləri bu işdə ölkəsini dəstəkləməyə çağırdı.

Buradan belə bir nəticəyə gəlmək olar ki, Ermənistanın ikibaşlı siyasət yürüdür. Belə ki, Gömrük İttifaqına üzv olmaqla yanaşı Ermənistan elə bir təşkilatda müşahidəçi statusu almaq istəyir ki, həmin təşkilatın demək olar ki, bütün üzvləri antiavropa və antiqərb siyasətinin bələdçiləridirlər.

Serj Sarkisyanın belə bir addımı Ermənistan hökumətinin`Avropa ilə bütün mümkün sahələrdə əməkdaşlığı davam etdirmək istəyirik` kimi pafoslu bəyanatlarına tamamilə ziddir.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti