Eşton iranlı həmkarı ilə görüşdü

Eşton iranlı həmkarı ilə görüşdü
  24 Sentyabr 2013    Oxunub:1248
İran yenidən nüvə proqramını müzakirə etmək üçün danışıqlar masasına oturmağa hazır olduğunu bəyan edib.
Prezident Həsən Ruhaninin ölkəsinin nüvə proqramlarında Qərblə əməkdaşlığa hazır olmasını bəyan etdikdən sonra fəallaşan Tehrana, ilk olaraq Avropa Birliyi dost əli uzadıb. Birliyin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton, iranlı həmkarı Cavad Zəriflə bir araya gəlib. Nyu-Yorkda BMT-nin baş qərargahında gerçəkləşən görüşdən sonra mətbuata açıqlama verən Eşton İranın dialoqun davam etdirilməsinin vacibliyini anladığını vurğulayıb.

O, həmçinin qeyd edib ki, Zərif bu həftə Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan dövlətlərin rəsmiləri ilə yanaşı Almaniyadan olan həmkarı ilə də bir araya gəlməyi planlaşdırır.

AzVision.az


Teqlər:  





Xəbər lenti