Qasırğa 130 nəfərin ölümünə səbəb oldu

Qasırğa 130 nəfərin ölümünə səbəb oldu
  25 Sentyabr 2013    Oxunub:1160
Meksikanın Sakit okean sahilindəki qasırğanın yaratdığı sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 130-a çatıb.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin daxili işlər naziri Migel Angel Osorio Çonq tropik qasırğanın güclü yağışlara səbəb olduğunu bildirib. “Nəticədə sel və torpaq sürüşməsi baş verib. Qasırğanın baş verdiyi Guerrero əyalətinin Akatepek bölgəsində əsgərlərin də iştirakı ilə xilasetmə işləri davam etdirilir”.

Ölkənin Körfəz hissəsində baş verən İnqrid fırtınasının isə bir neçə insanın ölümünə səbəb olduğu bildirilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti