Üç rayona yeni icra başçısı

Üç rayona yeni icra başçısı
  04 Mart 2013    Oxunub:1486
Azərbaycan prezidenti İlham Əliyev Vidadi Məhərrəmovun Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Akif İsmayıl oğlu Səlimov Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin olunub.
Digər bir sərəncamla isə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra Hakimiyyətinin başçısı Abbasqulu Cəfərqulu oğlu Abbasov tutduğu vəzifədən azad edilib.
Prezidentin daha bir sərəncamı ilə Həbib Hüseyn oğlu İbrahimov bu posta təyinat alıb.



Teqlər:  





Xəbər lenti