Prezident salam göndərdi

Prezident salam göndərdi
  05 Mart 2013    Oxunub:1741
İkitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu.
Prezident İlham Əliyev Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Avstriya Milli Şurasının ikinci prezidenti Fritz Neugebauer Prezident Haynts Fişerin salamlarını dövlətimizin başçısına çatdırıb. Son 20 ildə ölkələrimiz arasında münasibətlərin yüksək templərlə inkişaf edərək hazırkı səviyyəyə qalxdığını vurğulayan qonaq 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılmasını və 2011-ci ildə Prezident Haynts Fişerin böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini bunun bariz nümunəsi kimi dəyərləndirdi.
Fritz Neugebauer ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Görüşdə Avstriya şirkətlərinin Azərbaycanda həyata keçirilən müxtəlif layihələrdə iştirakının önəmi qeyd olundu, ölkələrimiz arasında iqtisadi, enerji, informasiya və kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı, əlaqələrimizin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə əminlik ifadə olunub.

Dövlət başçısı Prezident Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırmağı xahiş edib.


Teqlər:





Xəbər lenti