Yenə əsgərimiz öldü

Yenə əsgərimiz öldü
  06 Mart 2013    Oxunub:1720
Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri qəflətən dünyasını dəyişib.
Bu gecə saat 1:40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölümün hansı səbəbdən baş verdiyi tibbi ekspertiza tərəfindən müəyyənləşdirildikdən sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq.

Azvision.az


Teqlər:  





Xəbər lenti