Fərhad Əliyev Cəmil Həsənli ilə görüşüb?

Fərhad Əliyev Cəmil Həsənli ilə görüşüb?
  22 Oktyabr 2013    Oxunub:2261
Prezidentin sərəncamı ilə həbsdən azad olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Hüquqlarının müdafiə komitəsinin keçmiş sədri Cəmil Həsənli ilə görüşüb-görüşməməsi barədə maraqlandıq.
Əməkdaşımız Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli ilə əlaqə saxlasa da o, Fərhad Əliyev barədə danışmaq istəmədiyini bildirib.

“Mən Fərhad Əliyevlə əlaqə saxlayıb-saxlamamaq barədə məlumat vermək istəmirəm. Özündən soruşun”.

Cəmil Həsənli Fərhad Əliyevlə bağlı danışamamğının səbəbini açıqlamayıb.

Qeyd edək ki, Cəmil Həsənli Fərhad Əliyev həbsdə olan zaman onun Hüquqlarının müdafiə komitəsinin sədri olub. Eks-nazir prezident seçkilərində ölkə başçısı İlham Əliyevə səs verdiyini açıqlayaraq Cəmil Həsənliyə dəstək olmadığını nümayiş etdirib.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti