Əlillər bacarıqlarını göstərəcəklər
bu il noyabrın 3-cü ongünlüyündə Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin yekun turunun keçirilməsi nəzərdə tutulur.
Artıq müsabiqənin Təşkilat komitəsinin və Münsiflər heyətinin tərkibi təsdiq edilib.
Yekun turda iştirak edəcək istedadlı əlillərin müəyyən olunması üçün 8 bölgədə - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Sabirabad və Xaçmaz şəhərlərində zona müsabiqələrinin keçirilməsinə hazırlıq işləri aparılır.
Respublikanın ayrı-ayrı bölgələrində yaşayan 506 nəfər istedadlı əlilin qeyd olunan zona müsabiqələrində iştirakı nəzərdə tutulur.
Onu da bildirək ki, baxış-müsabiqəsində əlillərin mahnı, muğam, rəqs , instrumental ifaçılıq, bəstəkarlıq, folklor yaradıcılığı, poeziya və bədii qiraət sahəsindəki istedadları nümayiş etdirəcək.
Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin təşkilinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaxından köməklik göstərilir.
AzVision.az