Müxalifətçi deputat kadr dəyişikliyini alqışladı
Deputatın sözlərinə görə, yeni təyin olunan kadrlar cəmiyyətdə çox ümidverici impulslar yaradıb.
“Yeni təyin olunan müdafiə naziri kifayət qədər öz işinin peşəkarıdır. Ona görə də heesab edirəm ki, Zakir Həsənov kifayət qədər orduquruculuğuna fayda verə bilən insandır. Bu mənim kənardan müşahidələrimdir. Həmçinin bunu Heydər Əsədov haqqında da demək olar. Çox savadlı , işini bilən bir kadrdır. DSMF-nin keçmiş sədri Səlim Müslümov isə hakimiyyəti ən uğurlu kadrlarından biri sayıla bilər. O da öz sahəsin də güclü mütəxəssisdir. İsmət Abbasov da çox dəyərli bir kadrdır. Onun baş nazirin müavini aparılması müsbət haldır. Əli Əhmədov haqqında isə onu deyə bilərəm ki, kifayət qədər geniş siyasi təcrübəsi olan bir insandır. Siyasətin içində olan birinə hökumətdə təmsilçilik verilməsi müsbət haldır. Bu o deməkdir ki, Azərbaycanda idarə etmənin icra başçıları və başqa modellərdə bir düşüncə dəyişikliyi baş verir. Tanınmayan bir sektordan adamı gətirib təzə bir vəzifəyə qoyursansa, sonra onun öyrənməsi üçün bir neçə il lazım olur. YAP- da olsa heç olmasa onun tərkibində olan, partiya intizamı keçmiş və nəhayət konkret partiya strukturundan olan bir şəxsin irəli çəkilməsi çox yaxşı haldır. Və hesab edirəm ki, bununla da ümidverici impulslar cəmiyyətə verildi”-deyə deputat vurğulayıb.
Şəhanə Rəhimli