Azərbaycanda 2536 nəfər əqli qüsurlu şagird təhsil alır
Ümumtəhsil məktəblərindən şagirdlərin xüsusi məktəblərə keçirilməsi rayon (şəhər) təhsil şöbələrində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında ola bilər. Həmin komissiyalarda təhsil işçiləri ilə yanaşı səhiyyə işçiləri də fəaliyyət göstərir. Şagirdlərin sağlamlıq vəziyyəti səhiyyə müəssisələri tərəfindən müəyyən edilir. Bütün hallarda xüsusi təhsilə cəlb olunma ilə əlaqədar təhsil və səhiyyə şöbələrinin nümayəndələri birgə qərar qəbul edirlər.