Deputat senatının fəxri sədrilə görüşüb
Belçika senatının fəxri spikeri Azərbaycanın Cənubi Qafqazın bütün göstəricilərinə görə lider dövləti olaraq hər zaman Avropanın diqqət mərkəzində olduğunu vurğulayıb. O, Azərbaycanın müsəlman ölkəsi olaraq müasir, sivil inkişaf tərzinin rəğbət doğurduğunu və bu dəyərlərin Avropada tanıdılmasının vacibliyini qeyd edib.
Azay Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya xəttini seçdiyini və bu münasibətlərdə səmimi olduğunu bildirib. O, Avropa dövlətlərindən və təşkilatlarından da hər zaman qarşılıqlı və bərabərhüquqlu münasibət gözlədiklərini, bəzi hallarda isə bu gözləntilərin özünü doğrultmadığını qeyd edib.
Görüşdə Şura ilə Fransa və Belçika QHT-ri arasında birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.
Teqlər: