“Azərbaycan qadını zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir”

“Azərbaycan qadını zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir”
  08 Mart 2013    Oxunub:1697
İlk təbrik prezident İlham Əliyevdən gəlib.
Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bir neçə gün öncə Azərbaycan qadınlarına təbrik ünvanlayan cənab prezident bu gün səhər şəxsi tvitter hesabında təbrik mesajı yazmağı da unutmayıb.

Ən xoş və səmimi sözlərlə Azərbaycan qadınının dəyərini bir daha vurğulayan cənab prezident onlara cansağlığı, səadət və müvəffəqiyyətlər arzuladığını bildirib:

”Hörmətli xanımlar! Əziz analar və bacılar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə qoruyub saxlamışdır Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Bayramınız mübarək olsun!”


Teqlər:





Xəbər lenti