YAP deputatın dəfninə gedir

YAP deputatın dəfninə gedir
  08 Mart 2013    Oxunub:1808
Martın 7-də avtomobil qəzasında dünyasını dəyişən deputat Hikmət Atayevin dəfn mərasimi bu gün saat 16:00-da Zaqatala rayonunda keçiriləcək.
Bu barədə Modern.az-a məlumat verən millət vəkili Hadi Rəcəbli mərhum Hikmət Atayevlə vida mərasimində Milli Məclis üzvləri ilə yanaşı hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyinin də iştirak edəcəyini bildirib.

“Hikmət müəllimin dəfn mərasimi bu gün saat 16:00-da keçiriləcək. Hazırda biz dəfn mərasimində iştirak etmək üçün Zaqatala rayonuna gedirik. Dəfn mərasimində Milli Məclis üzvləri ilə yanaşı, Yeni Azərbaycan Partiyasının rəsmiləri Əli Əhmədov, Mübariz Qurbanlı da iştirak edəcək”,-deyə millət vəkili bildirib.

Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Atayev martın 7-də Gürcüstan Balakən yolunda avtomobil qəzasında dünyasını dəyişib.


Teqlər:





Xəbər lenti