Dollar oğrusu ələ keçdi

Dollar oğrusu ələ keçdi
  08 Mart 2013    Oxunub:1330
Bakı sakininin bank hesabından internet vasitəsilə pul oğurlayıb.
Bakıda sakininin bank hesabından pul oğurlamaqda ittiham olunan şəxs həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlum olub ki, cari ilin fevral ayının 8-dən mart ayının 6-dək olan müddət ərzində Nigar Əmirəlizadənin bank hesabından 7678 dollar internet vasitəsilə oğurlanıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəhər sakini Nicat Hacıyev tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti