Rəsul Quliyev müxalifətin mitinqini ələ saldı
Milli Şuranın ötən gün keçirdiyi mitinqə münasibət bildirən R.Quliyev müxalifətin uğrusuz olduğunu etiraf edib.
“Azərbaycanda qiymətlər qaldırıldı. Milli Şura heç bir analiz aparmadan mitinq keçirmək qərarına gəldi. Çox güman onun istədiyi yerdə icazə verilməyəcəyinə ümid edirdi. Hökümət icazə verdi və 500 -600 nəfərlə başlanan mitin 30 dəqiqədən sonra 300 adama kimi azalmışdı, ona görə tələm tələsik yekunlaşdırdılar.
İndi belə bir uğursuzluqdan sonra bu insanlar nə üçün belə alındı sualını özlərinə verəcəklərmi? xeyir. Onlar təqribən belə bir havada bu qədər adam gəlmişdisə deməli hamı hökümətdən narazıdır deyəcəklər. Bu liderlərə insanlar sizə inanmadıqlarına görə mitinqə gəlmirləri necə başa salmaq olar, bilmirəm. Mitinqi təşkil edən partiyaların hər biri onların Bakıda azı 10 min üzvü olduğunu iddi edir. Yəni üst üstə 30 min. Soruşmaq lazımdır hanı o üzvülər, onların heç olmazsa 10 faizi gəlsəydi 3 min olardı”-deyə eks-spiker vurğulayıb.
Anar RÜSTƏMOV