Meriya məhkəməyə verilməsindən xəbərsizdir

Meriya məhkəməyə verilməsindən xəbərsizdir
  16 Dekabr 2013    Oxunub:1209
Bakı Şəhər İcra HAkimiyyəti “Azəriqaz” İstehsalat Birliyinin (İB) onu məhkəməyə verməsindən xəbərsizdir. Bunu AzVision.az-a açıqlamasında BŞİH-in mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova deyib:

"Bu barədə məlumatım yoxdur. Məhkəmə ilə bağlı suala cavab verə bilmərəm".

Qeyd edək ki, mətbuatda yer alan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Buna səbəb İB qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi olduğu bildirilir.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti