Təhsil naziri Gəncəyə yeni direktor təyin etdi

Təhsil naziri Gəncəyə yeni direktor təyin etdi
  16 Dekabr 2013    Oxunub:1531
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialına yeni direktor təyin edib.

Bu barədə AzVision.az saytına Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı məlumat verib.

Hazırda Gəncədə olan rektorun sözlərinə görə, filial direktorunun səlahiyyətlərinin icrası Müəllimlər İnstitunun Tədris işləri üzrə prorektoru Razim Əli oğlu Məmmədova həvalə olunub.

Rektor həmçinin bildirib ki, filiallarda baş verən nöqsanlarla bağlı digər institutlarda da yoxlamalar aparılacaq:

“Şübhəsiz olaraq, başqa filiallarda da yoxlamalar aparılacaq”.

Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının direktoru Ramiz Məmmədov fəaliyyətinə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti