"Təkcə güclü yox, həm də ağıllı olmaq lazımdır"
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimat mərasimində çıxışı zamanı deyib.
PA rəsmisi qeyd edib ki, beynəlxalq aləmdə təkcə güclü olmaq deyil, həm də ağıllı olmaq lazımdır: "Bu aləmi isə erməni yalanlarından mühafizə etməyə çalışırıq. Əlbəttə, bu mübarizə tək dövlətin gücü ilə aparıla bilməz. Çox sevinirəm ki, bu gün bu mübarizəyə Azərbaycan gəncliyi qoşulub. Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla, fiziki cəhətdən hazır çıxmaq haqqında deyil, beynəlxalq aləmdə, müasir dünyanın tələb etdiyi intellektlə və bu kimi vasitələrlə çıxmağa hazırlaşır və çıxır, çıxmağa da özünün hazırlığını nümayiş etdirir".
Ə.Həsənov vurğulayıb ki, hər bir azərbaycanlı öz fəaliyyətində bu münaqişə istiqamətində ermənilərlə mübarizəni davam etdirməli və həyata keçirməlidir.
AzVision.az