Aİ nümayəndəliyinin rəhbəri etimadnaməsini təqdim etdi

Aİ nümayəndəliyinin rəhbəri etimadnaməsini təqdim etdi
  17 Dekabr 2013    Oxunub:1226
Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mardın etimadnaməsini qəbul edib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Malena Mard etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Əməkdaşlığımızın səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Ölkəmiz ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəmini qeyd edən dövlətimizin başçısı xanım Malena Mardın Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşacağına əminliyini bildirdi.

Səfir Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd etdi. Dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimi ilə bağlı keçiriləcək tədbirin əhəmiyyətini vurğulayan Malena Mard ölkəmiz ilə təmsil etdiyi qurum arasında güclü əməkdaşlıq əlaqələrinin mövcud olduğunu dedi.


Teqlər:  





Xəbər lenti