Albaniya Baş naziri Bakıda

Albaniya Baş naziri Bakıda
  17 Dekabr 2013    Oxunub:1084
Albaniyanın Baş naziri Edi Rama Azərbaycana səfərə gəlib.
Albaniya Respublikasının Baş naziri Edi Rama “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Albaniya Respublikasının Baş naziri Edi Ramanı hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıb.


Teqlər:





Xəbər lenti