UNICEF 20 illiyini ASAN-da keçirəcək
UNICEF Azərbaycanda öz fəaliyyıtinə 1993-cü ildə başlayıb və səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı və iştirakı kimi sahələrə öz əhəmiyətli töhfəsini verib.
20-ci İldönümünün məğzi “Uşaqlar naminə Birləşək” şüarıdır və il boyu Azərbaycan hökuməti, Milli Məclis və Vətəndaş Cəmiyyətindən olan partnyorları tərəfindən bu ildönümünə həsr edilmiş silsilə tədbirlərin təşkili artıq UNICEF-in cari fəaliyyətinin bir hissəsinə çevrilib.
Keçiriləcək tədbirin açılış mərasimində UNICEF –in Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Mark Herevard, İDEA təşkilatının layihələr üzrə rəhbəri Anara İsmayılova, VXSİDA – nın Sədri İnam Kərimov, AHK Sədri Əli Hüseynli iştirak edəcəklər.
Qeyd edək ki, bütün ASAN Xidmət Mərkəzlərinin fəaliyyətində uşaqlar da nəzərə alınıb. Valideynlərlə gələn uşaqların vaxtını daha maraqlı keçirmələri məqsədi ilə burada Uşaq əyləncə mərkəzləri, ana və uşaq otaqları yaradılıb.
Teqlər: