Deputatların maaşı rəsmən artırıldı - QƏRAR
AzVision.az-ın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, məsələ ilə bağlı mətbuatda gedən informasiyalar həqiqətə uyğun deyil:
“Onu qeyd etmək lazımdır ki, millət vəkillərinin maaşlarının 14 faizi gəlir xərcləri, 3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 2 faizi isə Həmkarlar İttifaqına verilir. Beləliklə, millət vəkillərinin maaşlarının 19 faizi vergilərə çıxılır. Bununla da onların yerdə qalan maaşı 1822 manat təşkil edəcək” – deyə, komitə sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Spiker, komitə sədrləri və millət vəkillərinin maaşları 1950 manat deyil, 2250 manat civarında olacaq.
Qeyd edək ki, qanun layihəsi cari ilin dekabrın 1-dən qüvvəyə minib. Müzakirələrin sonunda qanun layihəsi qəbul edilib.
Sevinc Iltifatqızı