Rusiya kəşfiyyatı “Skype”-ı dinləyir

Rusiya kəşfiyyatı “Skype”-ı dinləyir
  14 Mart 2013    Oxunub:1447
Bu internet resursu 2011-ci ildən öz müstəqilliyini itirib
Artıq uzun müddətdir ki, “Skype” internet resursu informasiyaların məxfiliyinə təminat vermir.
Dünyada bir sıra mətbu orqanlarında “Skype”nin öz istifədəçilərinin danışıqlarını məhkəmə qərarı olmadan xüsusi xidmət orqanlarına ötürməsi barədə məlumatlar verilib.

Nəzərinizə çatdıraq ki, bu hallar 2011- ci ildən sonra baş verməyə başladı. Belə ki, 2011-ci ilin may ayında “Skype” internet resursu səhmlərini Microsoft şirkətinə satdı və bundan sonra “Skype” öz müstəqilliyini itirdi.

Bu internet resursuna ən çox müdaxilə isə Rusiya Federasiyasında rast gəlinir.

Rusiya mətbuatının verdiyi məlumata görə, Rus Xüsusi Xidmət Orqanları “Skype” internet resursunun Rusiya nümayəndəliyinə müraciət etdikdən sonra istənilən istifadəçini dinləyə bilirlər.

Rusiya mətbuat nümayəndələri məsələni araşdırmaq üçün Microsoft-un bu ölkədəki nümayəndəliyinə sorğu göndərsə də, onlar bu barədə olan informasiyaları nə təkzib, nə də təsdiq ediblər.


Teqlər:  





Xəbər lenti