Dövlət büdcəsinin gəlirləri 17 faiz artıb

 Dövlət büdcəsinin gəlirləri 17 faiz artıb
  11 İyun 2020    Oxunub:2250
Cari ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 10 milyard 527,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 17 faiz artıb.

Qeyd olunan müddət ərzində dövlət büdcəsinin xərcləri 9 milyard 392,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır. Beləliklə, bu ilin 5 ayı ərzində dövlət büdcəsinin 1 milyard 135,3 milyon manat profisiti yaranıb.

Azvision.az


Teqlər: Büdcə  





Xəbər lenti