Daha bir marşrutda “BakuBus”ın avtobusları işə başladı

Daha bir marşrutda “BakuBus”ın avtobusları işə başladı
  11 İyun 2020    Oxunub:2338
Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus BMC Procity 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” NMM və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.

Sərnişinlərin “BakıKart”-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti