Heyvan kəsimi üçün zəruri qaydalar açıqlandı

Heyvan kəsimi üçün zəruri qaydalar açıqlandı
  11 İyun 2020    Oxunub:2941
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi zamanı zəruri qaydaları açıqlayıb.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, heyvan baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir. Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalıdır.

Kəsimə aparılan heyvan düzgün daşınmalı, baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməlidir. Kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalıdır. Kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməlidir.

Bununla yanaşı, kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməli, əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı, saxlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı, ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalıdır.

Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti