Dizel yanacağı və benzin istehsalı artıb

Dizel yanacağı və benzin istehsalı artıb
  13 İyun 2020    Oxunub:3592
Cari ilin yanvar-may aylarında Azərbaycanda 930,6 min ton dizel yanacağı, 505,9 min ton avtomobil benzini, 131,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 219,9 min ton ağ neft, 38,5 min ton yanacaq mazutu, 10,8 min ton sürtkü yağları, 99,9 min ton neft bitumu və 95,2 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 5 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 295 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 2 faiz artıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 61,2 faiz, neft bitumunun istehsalı 37,2 faiz, yanacaq mazutunun istehsalı 17,4 faiz, dizel yanacağının istehsalı 5 faiz, avtomobil benzininin istehsalı 1,2 faiz artıb. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 3,5 faiz, neft koksunun istehsalı 6,7 faiz, ağ neftin istehsalı isə 13,6 faiz azalıb.

Azvision.az


Teqlər: Yanacaq   Benzin   Dizel  





Xəbər lenti