Prezident yol tikintisinə 5,6 milyon manat ayırdı

   Prezident yol tikintisinə 5,6 milyon manat ayırdı
  16 İyun 2020    Oxunub:2152
Prezident İlham Əliyev Salyan rayonunun Yuxarı Noxudlu–Aşağı Noxudlu–Xurşud–Aşağı Kürkəndi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən altı min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu–Aşağı Noxudlu–Xurşud–Aşağı Kürkəndi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti