Əhali 5 ayda ərzağa 7,8 milyard xərcləyib

 Əhali 5 ayda ərzağa 7,8 milyard xərcləyib
  16 İyun 2020    Oxunub:3082
2020-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14567,2 milyon manatlıq, o cümlədən 7827,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6739,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,7 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2 faiz artıb.

Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-may ayları ilə müqayisədə 1,7 dəfə cox olub.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,3 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar-may aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,5 faizi fərdi sahibkarlar tərəfindən, 26,9 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,4 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz artmış, bazar və yarmarkalarda isə 15,1 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.

Azvision.az



Teqlər: DSK   Ticarət  





Xəbər lenti