Ötən il 11 min ailə boşanıb- Dəhşətli STATİSTİKA
Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Rəsmi statistikaya görə, 2013-cü ildə bağlanan nikahların sayı 2012-ci ilə nisbətən çoxdur.
Belə ki, ötən il 86,3 min nikah qeydə alınıbsa, 2012-ci ildə bu rəqəm 78 min 480 olub.
2011-ci ildə isə şəhər yerləri üzrə 45494, kənd yerləri üzrə 42651 nikah bağlanıb.
Boşanmalara gəldikdə isə ən son statistikaya əsasən, 2013-cü ildə 11, 7 min boşanma faktı qeydə alınıb.
Qeyd edək ki, 2012-ci ildə isə boşananların sayı 11 min nəfər olub. 2011-ci ildə bu rəqəm 10,7, 2010-cu ildə isə 8,9 min olub.
Nihadə Eyyubova