Nazir AYİB nümayəndələri ilə virtual görüş keçirib

Nazir AYİB nümayəndələri ilə virtual görüş keçirib
  17 İyun 2020    Oxunub:2729
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında virtual görüş keçirilib.
Azvision.az -ın məlumatına görə, videokonfransın təşkilində əsas məqsəd Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və AYİB arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək, müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparmaq olub.

Videotədbirə Azərbaycan tərəfi ilə yanaşı, AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru cənab Matteo Patrone, Qafqaz üzrə regional direktoru xanım Katarina Bjorlin Hansen, direktor Dino Şiatis, İKT üzrə direktor Dirk Uerner, Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı xanım İvana Fernandes Duarte, baş bankir Asif Mahmudov, aparıcı bankir Real Hacıyev, bankir Antonia Maier və hüquqşünas Paul Moffa qatılıblar.

Azvision.az


Teqlər: Nazir   AYİB   Görüş  





Xəbər lenti