Bağlanan bankların müştərilərinə 61 milyon verildi

   Bağlanan bankların müştərilərinə 61 milyon verildi
  18 İyun 2020    Oxunub:2627
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçilərinə 1-17 iyun tarixlərində 61,6 milyon manat kompensasiya ödəyib.
Fonddan Azvision.az -a verilən məlumata görə, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və “Kapital Bank” ASC-nin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.

Azvision.az



Teqlər: Bank  





Xəbər lenti