Tovuzda direktor minaya düşdü

Tovuzda direktor minaya düşdü
  15 Yanvar 2014    Oxunub:1347
Tovuzda mülki şəxs minaya düşüb
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin 40 yaşlı sakini Hidayət Müseyibov düşmənlə sərhəddə yerləşən ərazilərə keçən heyvanlarının ardınca gedərkən minaya düşüb.

H.Müseyibov yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, o, sağ ayağının pəncəsi və barmaqlarındam ciddi xəsarət alıb və ayağının baş barmağının amputasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, minaya düşən Hidayət Müseyibov kənd Mədəniyyət evinin direktorudur.


Teqlər:  





Xəbər lenti