Bakıda yeni yarımstansiya tikilib
Məlumata əsasən, yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulacaq.
“Böyükşor” yarımstansiyasının sistemə qoşulması ilə Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq hava xətlərinin yüklənməsinin, həmçinin bu xətlərdə olan itkilərin azalmasına nail olunacaq. Onu da qeyd edək ki, “Böyükşor” yarımstansiyası qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi nəzərə alınıb.
Qeyd edək ki, son iki ilə qədər Bakı və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi ki, onların da dördü istismar müddətini başa vurmuşdu. Son iki ildə isə Böyükşor və “Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilərək 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb. Eyni zamanda istismar müddətini bitirən sistem əhəmiyyətli dörd ədəd 220 kilovoltluq yarımstansiyanın ikisində yenidənqurma işi tamamlanıb, digər iki yarımstansiyada isə yaxın aylarda tamamlanacaq.
Azvision.az
Teqlər: Azərenerji