Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb
  22 İyun 2020    Oxunub:2898
Muxtar respublikada 2020-ci ilin yanvar-may aylarında 1 milyard 7 milyon 285 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 2190 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 450 milyon 876 min 500 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Məhsul   İstehsal  





Xəbər lenti