“Kapital Bank” yeni “İnşaatçılar” filialını istifadəyə verib

“Kapital Bank” yeni “İnşaatçılar” filialını istifadəyə verib
  23 İyun 2020    Oxunub:2544
“Kapital Bank”ın Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 162 ünvanında yerləşən yeni “İnşaatçılar” filialı fəaliyyətə başlayıb.
Filialın açılışı zamanı “Kapital Bank”ın Pərakəndə satış idarəsinin baş direktoru Ramil İmamov xüsusilə pandemiya dövründə müştərilərin rahatlığının təmin edilməsi məqsədilə xidmət və gözləmə vaxtlarının qısaldıması istiqamətində görülmüş tədbirlərin, həmçinin bank xidmətlərinin daha da əlçatan olması üçün xidmət şəbəkəsinin genişləndirilərək yeni “İnşaatçılar” filialının müştərilərin istifadəsinə verilməsinin önəmini vurğulayıb.

“Kapital Bank”ın “İnşaatçılar” filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pulköçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, “Kapital Bank” 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Cari ildə biri “İnşaatçılar” filialı olmaqla 4 yeni struktur bölmə fəaliyyətə başlayıb, 3 struktur bölmə isə relokasiya və əsaslı təmir olunub. Eyni zamanda, ötən illər ərzində 50-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan artıq yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq bu və gələcək illərdə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az


Teqlər: Kapital-Bank  





Xəbər lenti