Ölkədə yarım milyon hektar taxıl sahəsi biçilib

Ölkədə yarım milyon hektar taxıl sahəsi biçilib
  24 İyun 2020    Oxunub:3310
Azərbaycanda taxıl zəmilərinin 49,1 faizində biçin başa çatıb. İyunun 24-nə olan operativ məlumata görə, 496412,6 hektar biçilmiş sahədən 1566798,6 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildirilib ki,
arpa sahələrinin biçini yekun mərhələyə qədəm qoymaqdadır. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 289695,3 hektar sahədə biçin başa çatıb. Sahələrdən 880080,5 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,4 sentner təşkil edir. Yaxın zamanlarda Aran bölgəsi və dağətəyi rayonlarda arpa biçininin tam yekinlaşacağı gözlənilir.

Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 206717,1 hektarında biçin yekunlaşıb. Sahələrdən 686718,1 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 33,2 sentner təşkil edir.

Bu günə olan operativ məlumata görə, biçin prosesində 1694 kombayn iştirak edir. Bunlardan 592-si "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 183 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 919 kombayn iştirak edir.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.

Biçin davam edir.

Azvision.az


Teqlər: Nazirlik   Taxıl   Biçin  





Xəbər lenti