Naxçıvan regionda enerji sahəsində lider mövqedədir

Naxçıvan regionda enerji sahəsində lider mövqedədir
  24 İyun 2020    Oxunub:3173
Əvvəllər aqrar sahənin üstünlük təşkil etdiyi muxtar respublikada artıq ümumi daxili məhsul istehsalında sənaye ilk yeri tutur. Bunun nəticəsidir ki, 1991-ci illə müqayisədə sənaye məhsulunun həcmi 256,3 dəfə artaraq 1 milyard 14 milyon 971 min manatı ötüb.
Azvision.az -ın məlumatına görə, 1991-ci ilin sonuna muxtar respublikada 46 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, ötən dövr ərzində yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül və yeyinti sənayesi olmaqla 400-də çox istehsal sahəsi yaradılıb.

Yerli istehsal sahələrinin inkişafı nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunaraq 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.

Bu gün Naxçıvan Muxtar Respublikası regionda enerji sahəsində lider mövqedədir. Naxçıvanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açıb. Muxtar respublikada 1991-ci ildə cəmi bir elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, keçən müddət ərzində bu sahədə aparılan məqsədyönlü islahatlar nəticəsində enerji istehsalı müəssisələrinin sayı 9-a çatdırılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Sənaye  





Xəbər lenti