Əmanətçilərə 83.9 milyon manat kompensasiya ödənilib

Əmanətçilərə 83.9 milyon manat kompensasiya ödənilib
  25 İyun 2020    Oxunub:2488
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə 24 iyun 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 83.9 milyon manat kompensasiya ödəyib.
Azvision.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev bildirib.

Onun sözlərinə görə, bankların ləğv edilməsinə baxmayaraq, işçilər əmanətlərin ödənilməsi və kreditlərin yığılması üçün Fonda yardım edirlər: "Öz ərizəsi ilə işdən çıxanlar da var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Kompensasiya   Bank  





Xəbər lenti