Bank sektorunun xalis mənfəəti azalıb

Bank sektorunun xalis mənfəəti azalıb
  25 İyun 2020    Oxunub:2696
Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 314,5 milyon manat xalis mənfəət əldə edib.
Azvision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

5 ay ərzində bankların əməliyyat gəlirləri 1 062,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 4,3% az), əməliyyat xərcləri 677,6 milyon manat (0,9% çox), xüsusi ehtiyatlara ayırmaları 4,5 milyon manat (95,6% az), mənfəət vergisi ödəmələri isə 65,7 milyon manat (2,1 dəfə çox) təşkil edib.

Bu müddətdə bankların faiz xərcləri 201,2 mln. manat (130 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 476,4 mln. manat təşkil edib.


Azvision.az



Teqlər: Bank  





Xəbər lenti